Bakının tanınmış prospekti görkəmini dəyişir
18 Fevral 2012 Şənbə 14:30
Binaların arasındakı sahədə müasir tələblərə və memarlıq üslubuna cavab verən şəbəkəli arka tikilir.
Xocalı faciəsinin ildönümü ərəfəsində Xətai rayonunun Xocalı prospektində abadlaşdırma və yenidənqurma tədbirləri görülüb. Rayon İcra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, prospektdə ucaldılmış abidə kompleksində və bütövlükdə park-xiyabanda bərpa və yaşıllaşdırma işləri aparılıb.
Abadlaşdırma layihələri çərçivəsində binaların arasındakı sahədə müasir tələblərə və memarlıq üslubuna cavab verən şəbəkəli arka tikilir.
Tamamlanmaqda olan bu tikili əraziyə yeni görkəm verəcək.