Liderlər XX turu itkisiz başa vurdular
16 Fevral 2012 Cümə Axşamı 16:47
Unibank Premyer Liqasında növbəti tur geridə qalıb.
Unibank Premyer Liqasında XX tura yekun vurulub. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, son oyun günü 3 qarşılaşma baş tutub. “İnter” səfərdə “Kəpəz”ə 1:0, “Qəbələ” isə Zaqatalada “Simurq”a eyni hesabla qalib gəlib. “Rəvan” isə doğma meydanda “Turan”ı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ötən gün XX tur çərçivəsində “Sumqayıt” – “Neftçi” (0:3), “Bakı” – “Qarabağ” (0:3) və “Xəzər Lənkəran” – AZAL (1:0) matçları keçirilmişdi.
Oynanılan qarşılaşmalardan sonra “Neftçi” 40 xalla turnir cədvəlinin lideridir. “İnter” 39 xalla ikinci, “Xəzər Lənkəran” 38 xalla üçüncü pillədə qərarlaşıb. “Qarabağ” isə 32 xalla dördüncü pillədə qərarlaşıb.