Arda Turanın “Atletiko”su növbəti mərhələdə “Beşiktaş”la qarşılaşa bilər.
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti görüşlər keçirilib. ANS PRESS-in məlumatına görə. ikinci oyun günündə daha 14 qarşılaşma baş tutub.
Türkiyənin “Trabzonspor” klubu Hollandiyanın PSV komandası ilə qarşılaşıb. Növbəti mərhələyə vəsiqəni qismən təmin etmək üçün Trabzon təmsilçisi öz meydanında bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin görüş “Trabzonspor” üçün yaxşı başlamayıb. Artıq 6-cı dəqiqədə qapısında qol görən meydan sahibləri az sonra ikinci topu buraxıblar. Odinin vurduğu qol isə “Trabzonspor” üçün yalnız təsəlli olub - 1:2.
Arda Turanın şərəfini qoruduğu İspaniyanın “Atletiko” klubu səfərdə İtaliyanın “Latsio” komandasını məğlub edib. Səfər oyununda 1:3 hesablı vacib qələbə qazanan “Atletiko” növbəti mərhələyə yüksəlmək üçün ciddi üstünlük əldə edib. Əgər Türkiyənin “Beşiktaş”klubu “Braqa” səddini keçsə, növbəti mərhələdə “Atletiko”-“Latsio” cütlüyünün qalibi ilə qarşılaşacaq.
Türkiyəli jurnalistlərə açıqlamasında Arda Turan bu ehtimala bel əmünasibət bildirib: “Yaxşı oyun oynadıq və üstünlüyü ələ aldıq. “Beşiktaş” bu mərhələni keçsə, bizi gözəl bir qarşılaşma gözləyir”.
Qeyd edək ki, fevralın 14-də 1/16 final mərhələsinin ilk oyun günündə “Beşiktaş” səfərdə “Braqa”nı 2:0 hesabı ilə məğlub edib.
Avropa Liqasının 1/16 mərhələsində günün bütün qarşılaşmalarının nəticələri: