Xəstəxanada yanğın baş verib, həkimlər evakuasiya olunub
26 Yanvar 2012 Cümə Axşamı 14:33
Hadisə Siyəzəndə baş verib.
Siyəzən şəhərində xəstəxanada yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli xəstəxana binasının ikinci mərtəbəsindəki 2 otağın yanar konstruksiyaları 36 kv.m sahədə və taxta konstruksiyadan ibarət dam örtüyü 18 kv.m sahədə yanıb. Hadisə nəticəsində 4 nəfər tibb personalı yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.
Qeyd edək ki, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.Yanğın söndürülüb, mühasibat otağında olan sənədlər və binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.