Milli Ordunun mövqelərini atəşə tutulub
21 Fevral 2012 Çərşənbə Axşamı 09:55
Atəşkəs iki istiqamətdə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 20-də atəşkəsi pozub. Erməni ordusu saat 16.50-dən 17.00-dək Ermənistanın İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində, saat 21.10-dan 21.15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.