Quba-Xınalıq yolunda qar uçqunu baş verib
20 Fevral 2012 Bazar Ertəsi 12:34
Nəticədə kəndlə nəqliyyat əlaqəsi tamam kəsilib.
Şimal bölgəsinə yağan güclü qar Quba-Xınalıq yolunda qar uçqununa səbəb olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qar uçqunu yolun 122-ci kilometrliyindən 138-ci kilometrliyinə qədər ərazidə baş verib. Qar uçqunu nəticəsində kəndlə nəqliyyat əlaqəsi tamam kəsilib. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər gedir.
Qeyd edək ki, kəndə elektrik enerjisinin verlişində də çətinliklər yaranıb.